seçki (referendum) komissiyası

Seçki Məcəlləsi ilə nəzərdə tutulan qaydada formalaşdırılan və seçkilərin (referendumun) keçirilməsini təşkil edən və təmin edən kollegial orqan

seçki (referendum) kampaniyası
seçki (referendum) şikayəti
OBASTAN VİKİ
Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası (Azərbaycan) — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir.
Mərkəzi Seçki Komissiyası (Azərbaycan)
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. MSK Azərbaycan Respublikası Prezidentinin seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Mərkəzi Seçki Komissiyası (Qazaxıstan)
Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyas (qaz. Қазақстан Республикасының Орталық сайлау комиссиясы) — Qazaxıstanın vahid seçki komissiyaları sisteminə rəhbərlik edən Qazaxıstan Respublikasının daimi dövlət qurumu. Qazaxıstan Respublikası MSK-nın sələfi Qazaxıstan SSR Ali Sovetinin 22 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradılan Qazaxıstan SSR Xalq Deputatlarının Seçkiləri və Geri çağırılması üzrə Mərkəzi Seçki Komissiyası idi. 25 nəfərdən ibarət idi. Qazaxıstan Respublikası Prezidentinin 11 noyabr 1996-cı il tarixli 3205 saylı Fərmanı ilə, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası haqqında mövcud Əsasnamə təsdiq edildi. 2013-cü ildə Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası Ümumdünya Seçki Qurumları Birliyinin üzvü oldu. Qazaxıstan Respublikasının 28 sentyabr 1995-ci il tarixli "Qazaxıstan Respublikasında seçkilər haqqında" Konstitusiya Qanununun 12-ci maddəsinə uyğun olaraq, Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı qanunvericiliyin icrasına nəzarəti həyata keçirir. Qazaxıstan ərazisi; Qazaxıstan Respublikası Prezidenti və Parlament Məclisi deputatları seçkilərinin hazırlanmasını və keçirilməsini təşkil edir; Parlament Senatı deputatları seçkilərinin təşkilinə və keçirilməsinə rəhbərlik edir; siyasi partiyaların partiyaların siyahıları ilə seçilən Parlament Məclisi deputatlarının və məclis deputatlarının bir hissəsinin seçkilərində iştirakına icazə verilməsi məsələsinə baxır; Prezidentin və parlamentin deputatlarının seçkiləri üçün seçki komissiyalarının rəhbərliyini həyata keçirir; Prezident və Parlament deputatları seçkilərinin nəticələrini yekunlaşdırır, seçilmiş Prezident və Parlament üzvlərini qeyd edir, bu barədə mətbuatda bir mesaj yayımlayır; Qazaxıstan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir. Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyası yeddi nəfərdən ibarətdir: komissiyanın sədri və altı üzvü. 1995–2006-cı illər ərzində Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin, sədr müavininin, katibin və üzvlərinin seçilməsi və vəzifədən alınması Qazaxıstan Respublikası Parlamentinin Məclisi tərəfindən Qazaxıstan Respublikası Başçısının təklifi ilə həyata keçirilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası — Azərbaycan Respublikasında Azərbaycan Respublikası Prezident seçkilərinin və Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən daimi dövlət orqanıdır. Seçki komissiyalarının işinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası rəhbərlik edir. == Əsas vəzifəsi == MSK Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Azərbaycan Respublikasının Milli Məclisinin deputat seçkilərinin, həmçinin referendumların (ümumxalq səsvermələrinin), bələdiyyələrə seçkilərin hazırlanmasını və keçirilməsini təmin edir. == Yaradılma qaydası == MSK-nın üzvləri Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən seçilir. Komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı, 6 üzvü heç bir siyasi partiyaya mənsub olmayan (müstəqil) və onların namizədliklərini təqdim edən deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları təmsil edir. Müstəqil deputatları MSK-da namizədlikləri onlar tərəfindən irəli sürülmüş müstəqil, dövlət qulluğunda olmayan, bir qayda olaraq, hüquqşünaslar təmsil edirlər. 2 namizəd maraqlı tərəflərlə razılaşdırılır: bir namizəd Milli Məclisə çoxluq təşkil edən siyasi partiyanın nümayəndələri ilə, digər namizəd isə deputatları Milli Məclisə azlıq təşkil edən siyasi partiyanın nümayəndələri ilə. == Fəaliyyət və səlahiyyətləri == Mərkəzi Seçki Komissiyasının statusu, fəaliyyət istiqamətləri və səlahiyyətləri Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuşdur. Mərkəzi Seçki Komissiyası: seçkilərin və referendumun hazırlanmasında və keçirilməsində vətəndaşların seçki hüquqlarına riayət olunmasına nəzarət edir; aşağı seçki komissiyalarının işi üçün zəruri olan texnoloji avadanlığın normativlərini hazırlayır və təsdiq edir, bu normativlərə əməl olunmasına nəzarət edir; aşağı seçki komissiyalarına hüquqi, metodiki və texniki təşkilati kömək göstərir; seçki bülletenlərinin, referendumda səsvermə bülletenlərinin, seçici siyahılarının, digər seçki komissiyalarının səsvermə protokollarını və referendum sənədlərinin nümunələrini və onların tərtib edilməsi qaydasını müəyyən edir; Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulan digər vəzifə və səlahiyyətləri həyata keçirir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə birlikdə vahid seçici siyahısının tərtib edilməsi və aparılması sistemini təşkil edir; seçkilərin və referendumun hazırlanması və keçirilməsi, seçki sisteminin inkişafı, seçicilərin hüquqi maarifləndirilməsi, seçki komissiyaları üzvlərinin peşə hazırlığı ilə əlaqədar treyninqlərin həyata keçirilməsini təmin edir; seçkilərin və referendumun zamanı səsvermənin nəticələrini müəyyən edir, həmin nəticələrin dərc olunmasını təmin edir; Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tətbiqi ilə əlaqədar daim təlimat, izah, qayda və ya metodiki göstərişlər qəbul edə bilər.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası

Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrlərinin siyahısı
Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrlərinin siyahısı — 26 iyun 1990-cu ildən sonra ölkədə müstəqillik yenidən elan edilmişdi, bu vaxtdan başlayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədrləri sıralanmışdır.
Naxçıvan Mərkəzi Seçki Komissiyası sədrlərinin siyahısı
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası sədrlərinin siyahısı — 18 oktyabr 1991-ci ildən sonra ölkədə müstəqillik yenidən elan edilmişdi, bu vaxtdan başlayaraq Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının sədrləri bu siyahıda göstərilib. Bu məqalədə Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının sədrləri sıralanmışdır.
Avropa Komissiyası
Avropa Komissiyası — Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru. Qanun təklifləri hazırlayır, Parlament və Şuraya təqdim edir. Birliyin hərəkətverici orqanı olaraq Parlament və Şura tərəfindən hazırlanan büdcə və proqramları tətbiq etmək vəzifəsini daşıyır. Birlik müqavilələrinin qoruyucusudur və Ədalət Divanı ilə birlikdə birlik hüququnun doğru tətbiq edilməsini təmin edir. Beynəlxalq platformada və beynəlxalq müqavilələrin müzakirələrində, xüsusilə ticarət və əməkdaşlıq sahələrində Birliyi təmsil edir. Avropa Komissiyası 1994-cü ildə Şuraya 558 təklif və eskiz ilə 272 bildiriş, memorandum və hesabat təqdim etmişdir. Bu sənədlər siyasət, idarəetmə, iqtisadiyyat və cəmiyyət üzvlərilə sıx fikir alış-verişi nəticəsində əldə edilmiş məhsullardır. Komissiya üzvləri vəzifələrini yerinə yetirərkən öz milli hökumətlərindən tamamilə azad olaraq davranmaq və sadəcə Avropa Birliyinin xeyrinə işlər görməklə mükəlləfiyyətlidirlər. Komissiyanı işdən azad edə biləcək tək orqan Avropa Parlamentidir. Komissiyanın hər üzvünün bir və ya bir neçə siyasət sahəsində xüsusi cavabdehlikləri vardır.
Lüksemburq komissiyası
Lüksemburq komissiyası (fr. Commission du Luxembourg) — XIX əsrdə Fransanın müvəqqəti hökuməti tərəfindən yaradılmış əmək komissiyası. 25 fevral 1848-ci ildə Lui Filippin taxtdan devrilməsindən sonra yaradılmışdır. Lüksemburq komissiyasının yaradılması, Lui Blanın başçılıq etdiyi fəhlə nümayəndələr məclisi kimi, sosial problemlərin öyrənilməsi və həlli yollarının təklif edilməsi vəzifəsini icra etmək məqsədini güdürdü. Komissiya həmin ilin sonunda fəaliyyətini dayandırmışdır.
Qromıko Komissiyası
Qromıko Komissiyası və ya rəsmi şəkildə Krım tatarlarından olan SSRİ vətəndaşlarının müraciətlərində qaldırılan məsələlərə baxılması üzrə Dövlət Komissiyası (rusca:Государственная комиссия по рассмотрению вопросов, которые ставятся в обращениях граждан СССР из числа крымских татар) — Krım tatarlarının 1944-cü ildə deportasiya edildikləri vətənləri geri dönmə hüquqlarının araşdırılması üçün SSRİ tərəfindən yaradılmış dövlət komissiyası. 1987-ci ilin iyulunda yaradılan və Andrey Qromıkonun rəhbərlik etdiyi qurum 1988-ci ilin iyununda Krım tatar vətəndaş hüquqları müdafiəçilərinin geri qayıtmaq hüququndan Krım MSSR-in bərpasına qədər bütün əsas tələblərini rədd edən bir nəticə çıxardı. De-stalinizasiya prosesinin aparılmasına baxmayaraq, Krım tatarlarına yanaşma 1980-ci illərin sonuna qədər dəyişmədi. Yenidənqurma dövründə Krım tatarları yenidən Moskvadan tələblər etməyə, siyasi rəhbərləri ziyarət etməyə başladılar. Bundan əlavə, onlar ümid edirdilər ki, azaldılmış senzura şəraitində media məsələnin həll olunduğu barədə ənənəvi xətti davam etdirmək əvəzinə, milli məsələnin mediada işıqlandırılmasında öz fikirlərini dinləməyə və əlavə etməyə hazır olacaq. 1987-ci ilin 20 iyununda ilk Krım tatarlarının nümayəndəliyi Moskvaya gəldi. Onlar üxtəlif qəzetlərin, jurnalların və televiziya kanallarını, müxtəlif yazıçılar birliklərini ziyarət edib, deportasiya edilmələri barədə danışdılar. Bu dairələrdən onların toplu imzalanmış məktublarını, petisiyalarını dərc etmək xahiş edilsə də, istəkləri rədd edildi. Kremlin yaxınlığında Krım tatarlarının etiraz aksiyası təşkil edildi. 26 iyunda Krım tatarları siyasətçi Pyotr Demiçev ilə görüşdülər və Pyotr onlara bu məsələ barədə Qorbaçova məlumat verəcəyini bildirdi.
Yanayev Komissiyası
Yanayev Komissiyası — Krım tatarlarının SSRİ-dəki vəziyyətini müzakirə etmək üçün yaradılmış dövlət komissiyası. 1944-cü ilin may ayında Krım tatarları İosif Stalinin əmri ilə Krımdan deportasiya edildi. Sonradan digər deportasiya edilmiş xalqlara bəraət verilib, öz vətənlərinə geri dönmə hüquq tanınsa da, Krım tatarları bu hüquqdan məhrum qaldılar. Mixail Qorbaçovun dövründə bu məsələni müzakirə etmək üçün ilk öncə Qromıko Komissiyası yaradıldı. Andrey Qromıkonun rəhbərlik etdiyi bu komissiya Krım tatarlarının bütün əsas tələblərini rədd etdi. Krım tatarlarının etirazları bundan sonra da davam etdiyi üçün ikinci dəfə Gennadi Yanayevin rəhbərliyi ilə komisisya yaradıldı. Bu komissiya Yanayev Komissiyası adlandırılır. Qromiko komissiyasından və Fərqanə qırğınlarından sonra hökumət Krım tatarlarının Krıma qayıtmasına icazə verilməsi imkanlarına rəsmən yenidən baxmağa qərar verdi. Gennadi Yanayevin rəhbərlik etdiyi Krım tatarlarının problemləri üzrə komissiya 1989-cu il iyulun 12-də yaradıldı. Əvvəlki komissiyada olduğu kimi, komissiyanın üzvləri də Mərkəzi Asiyadakı Krım tatar diaspor icmaları, eləcə də Krım tatarlarının diaspor icmaları ilə söhbət etmək üçün Sovet İttifaqının hər yerinə səfər etdilər.
Seçki
Seçki — dövlət hakimiyyəti nümayəndələrinin, həmçinin ictimai təşkilatların rəhbər orqanlarının seçilməsi üsulu. Seçkilər qanunda nəzərdə tutulan seçki reqlamentinə uyğun olaraq gizli və açıq keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur. Dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar seçki sistemi və proporsional seçki sistemi mövcuddur. Bunlardan əlavə bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan formada tətbiq edilir. Estoniyada seçki yaşına çatmamış şəxslərin e-seçki barəsində məlumatlandırılması və vərdişlərinin artırılması üçün "kölgə səsverməsi" həyata keçirilir. Seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir.
Ali Attestasiya Komissiyası
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) — Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasını, onlara elmi dərəcələr və elmi adlar verilməsini, o cümlədən xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi adlar haqqında sənədlərin tanınmasını, elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını, bu sahədə dövlət siyasətini və tənzimləməsini həyata keçirən, elmi potensialın formalaşmasında iştirak edən dövlət orqanıdır. Komissiya Azərbaycan Respublikasının Prezidentinə tabedir. AAK 1992-ci ildə yaradılmışdır. Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının ilk sədri Əməkdar elm xadimi Rauf İsmayılov olmuşdur. Ali Attestasiya Komissiyası nazirlik statusuna malik qurumdur. 2019-cu ilin iyun ayından komissiyaya professor Famil Mustafayev başçılıq edir.
Avrasiya İqtisadi Komissiyası
Avrasiya İqtisadi Komissiyası (AİK) — Avrasiya İqtisadi İttifaqının (EAEU) (keçmiş Gömrük İttifaqı və Vahid İqtisadi Məkan) daimi fəaliyyət göstərən dövlətlərüstü tənzimləyici orqanı. O, Rusiya Federasiyası, Belarus Respublikası və Qazaxıstan Respublikası prezidentlərinin qərarı ilə yaradılıb və 18 noyabr 2011-ci il tarixli "Avrasiya İqtisadi Komissiyası haqqında" və "İş qaydaları haqqında" Sazişlər əsasında fəaliyyət göstərir. Avrasiya İqtisadi Komissiyası". Fəaliyyətə başlama tarixi 2 fevral 2012-ci ildir. O, Ali Avrasiya İqtisadi Şurasına (AİİK) tabe olan dövlətlərüstü idarəetmə orqanı statusuna malikdir. Komissiyanın qərarları Aİİ, Gömrük İttifaqı və Vahid İqtisadi Məkan üzv dövlətlərinin ərazisində məcburi qüvvəyə malikdir. Avrasiya İqtisadi Komissiyasının əsas vəzifəsi Avrasiya İqtisadi İttifaqının, Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın fəaliyyət göstərməsi və inkişafı üçün şəraiti təmin etmək, bu birliklər çərçivəsində inteqrasiya sahəsində təkliflər hazırlamaqdır. Gərargah — Moskva (Rusiya Federasiyası). == AİK-nın səlahiyyət sahələri == Komissiyanın səlahiyyət sahələri Avrasiya İqtisadi Komissiyası haqqında Əsasnamədə (Avrasiya İqtisadi İttifaqı haqqında Müqaviləyə 1 nömrəli əlavə) təsbit edilmişdir. Gömrük İttifaqı Komissiyasının səlahiyyətləri Avrasiya İqtisadi Komissiyasına verilib.
Azərbaycan Fövqəladə Komissiyası
Azərbaycan Fövqəladə Komissiyası (AFK) — Azərbaycanda sovet hakimiyyətinin ilk illərində əks inqilab və sabotajla mübarizə orqanı. == Tarixi == Azərbaycan Fövqəladə Komissiyası (AFK) 29 aprel 1920-ci ildə yaradılmışdır. AFK-nın vəzifəsi daxili və xarici rəqibləri – Azərbaycanda sovet hakimiyyətini devirməyə, Azərbaycan Xalq Cümhuriyyətini bərpa etəyə cəhd göstərənlərə qarşı qəti mübarizə aparmaqdan və sosialist inqilabını qoruyu möhkəmlətməkdən ibarət idi. AFK xarici kəşfiyyat orqanlarının sabotaj törətmək cəhdlərinin qarşısını almaq, onların agenturası və xarici antisovet mərkəz emissarlarını aşkara çıxarıb ifşa etmək sahəsində fəaliyyət göstərmiş, "Müsavat", "İttihad", "Daşnaksütyun" partiyalarının əks-inqilabi fəaliyyətinə və onların Azərbaycanda sovet hakimiyyəti əleyhinə təşkil etdikləri silahlı çıxışlara qarşı qəti mübarizə aparmışdır. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 7 avqust 1926-cı il tarixli qərarı ilə AFK Azərbaycan Dövlət Siyasi İdarəsinə çevrilmişdir. Növbəti dövrlərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi fəaliyyət göstərir.
Hokkaydo Koloniyalaşdırma Komissiyası
Hokkaydo Koloniyalaşdırma Komissiyası və ya Kaytakuşi (開拓使) – Meyci dövründə Yaponiyada fəaliyyət göstərmiş dövlət komissiyası. 1869-82-ci illərdə fəaliyyət göstərmişdir. Komissiyanın əsas məqsədi Hokkaydo adasının administrasiyası və inkişafı ilə məşğul olmaq idi. == Tarixi == Ezo adasının, eləcə də, şimaldakı digər adaların strateji əhəmiyyətini nəzərə alan Meyci hökuməti 1869-cu ilin avqustunda bu komissiyanı təşkil etmiş, Ezo adasının adını Hokkaydo, Saxalin adasının adını Karafuto olaraq dəyişdirmişdir. 1875-ci ildə Rusiya ilə imzalanan Sankt-Peterburq müqaviləsinə əsasən Saxalin adası Rusiyanın idarəçiliyinə, Kuril adaları isə Hokkaydo Koloniyalaşdırma Komissiyasının idarəçiliyinə verilmişdir. Komissiyanın baş qərargahı Sapporo şəhərində yerləşirdi və direktor ilə vitse-direktor tərəfindən idarə olunurdu. Keçmiş Satsuma hanından olan Kuroda Kiyotakanın direktor seçilməsindən sonra komissiya keçmiş satsumalı samuraylar üçün siyasi təşkilata çevrilmişdir. 1872-ci ildə komissiya üçün dövlət büdcəsindən 10 milyon yen məbləğində maddi vəsait ayrılmışdır. Bu məbləğ 10 il müddəti üçün nəzərdə tutulmuşdu. Komissiya bu büdcə ilə bir çox xarici mütəxəssis dəvət etmiş, hökumət dəstəkli biznes yerləri açmış, yeni kənd təsərrüfatı texnikalarını yaymış, yollar və dəmiryolları tikdirmişdir.
Milli Səhiyyə Komissiyası
Milli Səhiyyə Komissiyası (çin. ənən. 國家衛生健康委員會, sadə. 国家卫生健康委员会, pinyin: Guójiā Wèishēng Jiànkāng Wěiyuánhuì) — Çin Xalq Respublikasının Dövlət Şurasının ölkədə səhiyyə siyasətinin inkişaf etdirilməsindən məsul olan kabinet səviyyəsində icra şöbəsi. 19 mart 2018-ci il tarixində təsis edilmişdir. Nazirliyin qərargahı Çinin paytaxtı Pekin şəhərində yerləşir. Komissiyaya Nazirlər Kabineti səviyyəsində Dövlət Şurasının naziri rəhbərlik edir. Ma Syaovey komissiyanın hal-hazırkı naziri və partiya şöbəsinin katibidir. Qurumun sələfi Milli Səhiyyə və Ailə Planlaşdırma Komissiyası idi. 1954-cü ildə başlayan Çin Xalq Respublikası hakimiyyətinin əksər dövründə ölkənin səhiyyəsindən Səhiyyə Nazirliyi məsul idi.
Qafqaz Fövqəladə Komissiyası
Qafqaz Fövqəladə Komissiyası — Qafqaz fövqəladə komissiyası 6 noyabr 1919-cu il tarixində Qafqaz Merkuri şirkətinə aid gəmi ilə Ənzəlidən yola düşərək 1 gün sonra Bakıya çatdılar. İlk sənəd 11 sentyabr 1919-cu ildə Tiflisdəki İran konsulluğundan Xarici İşlər Nazirliyinə 1604 № qeydiyyatı ilə göndərilmiş, sonuncu sənəd isə 11 may 1920-ci ildə yenə də Badkubədə olan durum barəsində İranın Tiflisdəki baş konsulluğundan Xarici İşlər Nazirliyinə 515 № qeydiyyatı ilə göndərilmişdir. Uzun müddət aparılan danışıqlar nəhayət 1920-ci ilin mart ayında uğurla başa çatır. Tərəflər arasında müqavilələr bağlanır. Lakin 1920-ci ilin 28 aprel tarixində XI Qızıl ordunun Bakını işğal etməsi danışıqların yarımçıq kəsilməsinə səbəb oldu. İmzalanmış müqavilələr ratifikasiya edilmədən arxivə göndərildi. İran bu komisiyya daxilində Gürcüstan və Ermənistanla da müzakirələr aparıb bənzər müqavilələr bağlamaq niyyətində olsa da Azərbaycanla aparılan danışıqların uzanması və sonradan bolşeviklərin bu respublikaları da işğal etməsi Tehranın Qafqazdakı diplomatik fəallığına nöqtə qoydu. İran nümayəndə heyətinin 1919–1920-ci illərdə Azərbaycanla apardığı diplomatik danışıqlarla bağlı arxiv sənədləri İran xarici işlər nazirliyinin arxivində saxlanılırdı. Bu sənədlərdə o dövrə aid məktublar, məxfi hesabatlar, siyasi vəziyyətin təhlilinə dair gizli yazışmalar öz əksini tapmışdır. 98 sənəddən ibarət olan bu sənədlər ilk dəfə 2001-ci ildə Tehranda Rza Azəri Şəhrzainin redaktorluğu və dövrün xarici işlər naziri Kamal Xərrazinin ön söz yazması ilə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunaraq elmi ictimaiyyətin geniş müzakirəsinə təqdim edilmişdir.
Beynəlxalq Nəzarət Komissiyası
Beynəlxalq Nəzarət Komissiyası (qısaldılmış BNK; fr. Commission Internationale de Contrôle və ya CIC) və ya Beynəlxalq Nəzarət və Nəzarət Komissiyası — 1954-cü ildə yaradılmış beynəlxalq qüvvə. Təşkilat, əslində, keçmiş Fransa Hind-Çini daxilində hər bir ərazi üçün bir olmaqla, üç ayrı, lakin bir-biri ilə əlaqəli orqan kimi təşkil edilmişdi və iki müvəqqəti administrasiyası olan vahid dövlət kimi qəbul edilirdi. Vyetnam üçün ICSC, Laos üçün ICSC və Kamboca üçün ICSC ayrı qurumlar idi. Təşkilat Birinci Hind-Çin müharibəsini bitirən və Vyetnamın bölünməsinə səbəb olan Cenevrə razılaşmalarının həyata keçirilməsinə nəzarət edirdi. Atəşkəs rejiminə əməl olunmasına nəzarət etmiş və pozuntuları qeydiyyata almışdır. Təşkilat müvafiq olaraq qeyri-kommunist, kommunist və bloklara qoşulmayan tərəfləri təmsil edən Kanada, Polşa və Hindistandan diplomatlar və hərbi personaldan ibarət nümayəndə heyətlərindən ibarət idi. Təşkilatın fəaliyyəti getdikcə alovlanan qarşıdurma qarşısında əhəmiyyətsiz olmuşdur. Buna baxmayaraq, o, Paris sazişləri imzalanana, Beynəlxalq Nəzarət və Müşahidə Komissiyası adı altında yenidən toplanana qədər rabitə əlaqəsi kimi fəaliyyətini davam etdirmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Maneli, Mieczyslaw.
Federal Kommunikasiya Komissiyası
Federal Kommunikasiya Komissiyası (FKK) (ing. Federal Communications Commission) — ABŞ-də radio, televiziya, simli, peyk və kabel kommunikasiyasını tənzimləyən müstəqil agentlik. FKK genişzolaqlı şəbəkəyə çıxış, ədalətli rəqabət, radiotezlikdən istifadə, media məsuliyyəti, ictimai təhlükəsizlik və vətən təhlükəsizliyi (ing. homeland security) sahələrində yurisdiksiyasını saxlayır. FKK 1934-cü ildə qəbul edilmiş Kommunikasiya Aktı əsasında Federal Radio Komissiyasının radio tənzimləmə funksiyalarını əvəz etmək üçün yaradılmışdır. Daha sonra simli kommunikasiya tənzimləməsini Ştatlararası Kommersiya Komissiyasından təhvil almışdır. FKK-nın səlahiyyətli yurisdiksiyası 50 ştatı, Kolumbiya dairəsini və ABŞ-nin ərazilərini əhatə edir. O həmçinin Şimali Amerikanın digər ölkələrindəki oxşar kommunikasiya qurumları üçün müxtəlif səviyyələrdə əməkdaşlıq, nəzarət və liderlik təmin edir. FKK tamamilə tənzimləyici haqlar hesabına maliyyələşdirilir. Agentliyin 2022-ci ilə olan büdcəsi 388 milyon ABŞ dolları təşkil etmişdi.
E-seçki
Elektron seçki — bülletenlərin atılması və sayılmasına kömək etmək üçün elektron vasitələrdən istifadə edən seçki. Xüsusi tətbiqdən asılı olaraq, e-seçkidə müstəqil elektron səsvermə maşınlarından (EVM) və ya internetə qoşulmuş kompüterlərdən (onlayn səsvermə) istifadə edilə bilər. O, cədvəlləşdirilmiş nəticələrin əsas ötürülməsindən tutmuş ümumi birləşdirilə bilən məişət cihazları vasitəsilə tam funksiyalı onlayn seçkiyə qədər bir sıra internet xidmətlərini əhatə edə bilər. Avtomatlaşdırma dərəcəsi kağız səsvermə bülleteninin qeyd edilməsi ilə məhdudlaşa bilər və ya səslərin daxil edilməsi, səslərin qeydə alınması, məlumatların şifrələnməsi və serverlərə ötürülməsi, seçki nəticələrinin konsolidasiyası və cədvəli kimi hərtərəfli sistem ola bilər. Elektron seçki sistemi tənzimləyici orqanlar tərəfindən müəyyən edilmiş standartlar toplusuna əməl etməklə bu vəzifələrin əksəriyyətini yerinə yetirməli, həmçinin təhlükəsizlik, dəqiqlik, dürüstlük, çeviklik, məxfilik, yoxlanıla bilmə, əlçatanlıq, iqtisadi səmərəlilik, miqyaslanma və ekoloji davamlılıq ilə bağlı güclü tələbləri uğurla həll edə bilməlidir. Elektron seçki texnologiyasına perfokartlar, optik skan səsvermə sistemləri və ixtisaslaşdırılmış səsvermə köşkləri (o cümlədən, birbaşa qeyd edən elektron səsvermə sistemləri və ya DRE) daxil ola bilər. Bu, həmçinin bülletenlərin və səslərin telefonlar, şəxsi kompüter şəbəkələri və ya internet vasitəsilə ötürülməsini əhatə edə bilər. Ümumiyyətlə, elektron səsvermənin iki əsas növünü müəyyən etmək olar. Birincisi hökumət və ya müstəqil seçki orqanlarının nümayəndələri tərəfindən fiziki olaraq nəzarət edilən elektron səsvermə (məsələn, seçki məntəqələrində yerləşən elektron səsvermə aparatları), digəri isə seçicinin istənilən yerdən öz səsini seçki orqanlarına elektron şəkildə təqdim etməsidir. Elektron səsvermə sistemləri dünyanın Argentina, Avstraliya, Banqladeş, Belçika, Braziliya, Kanada, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Cənubi Koreya, Malayziya, Hollandiya, Norveç, Pakistan, Filippin, İspaniya, İsveçrə, Tailand, Birləşmiş Krallıq və ABŞ kimi bir çox ölkəsində istifadə olunur.
Elektron seçki

Majoritar seçki
Majoritar seçki sistemi — Majoritar sözü fransız dilindən tərcümədə "çoxluq" deməkdir. Majoritar seçki sistemində kim çoxluğun səsini qazanarsa o da seçilir. Azərbaycan Respublikasında seçki sistemi majoritar sistemə əsaslanır. Çox geniş yayılmış seçki sistemlərindən biri majoritar seçki sistemidir. Bu seçki sisteminə uyğun olaraq, deputatlığa (lat. "deputatus" — "göndərilmiş") namizəd seçkilərdə fərdi qaydada iştirak etməlidir və o, seçkili orqana deputat seçilmək üçün seçki dairəsi üzrə digər namizədlərə nisbətdə daha çox səs toplamalıdır. Səs çoxluğunun sayından asılı olaraq majoritar seçki sisteminin iki növü müəyyən edilir: mütləq səs çoxluqlu majorilar seçki sistemi və nisbi səs çoxluqlu majoritar seçki sistemi. == Giriş == Majoritar Seçki Sistemi, həmçinin First-Past-the-Post (FPTP) və ya Qalib Hamısını Alır sistemi kimi də tanınır, bütün dünyada demokratik ölkələrdə nümayəndələrin seçilməsi üçün geniş istifadə olunan üsuldur. Bu seçki sistemi sadəliyi və siyasi partiyalara deyil, ayrı-ayrı namizədlərə önəm verilməsi ilə xarakterizə olunur. Majoritar sistemdə ümumi səslərin faizindən asılı olmayaraq konkret coğrafi dairədə ən çox səs toplayan namizəd qalib gəlir.
Nümayişi seçki
Nümayişi seçki (ing. Show election)əldəqayırma seçki və ya rezin möhür seçki kimi də tanınan, hər hansı əhəmiyyətli siyasi məqsədi olmayan seçkidirlər ki, sırf nümayiş üçün keçirilir. Nümayişi seçkilər diktator rejimlərədə yayılmış bir hadisədir ki ictimai qanuniliklərin təbliğ edirlər. What Are Sham Elections?
Proporsional seçki
Proporsional seçki sistemi (PS) — seçicilərin alt qruplarının seçilmiş orqanda mütənasib şəkildə əks olunduğu hər hansı bir seçki sistemi növü. Konsepsiya əsasən seçicilər arasında siyasi bölgülərə (siyasi partiyalara) aiddir. Bu sistemlərin əsas prinsipi ondan ibarətdir ki, onlar nəticəyə təsir etmək üçün verilən səslərin [demək olar ki] hamısından istifadə edirlər. Bu səslər yalnız sadə çoxluğun yox namizədin seçilməsinə kömək edir və sistem səslərin necə verildiyini əks etdirən qarışıq, balanslaşdırılmış təqdimat yaradır. Səsvermə sistemləri kontekstində proporsional seçki məclisdəki hər bir nümayəndənin təxminən bərabər sayda seçici tərəfindən seçilməsi deməkdir. Yalnız partiyaların seçiminə imkan verən seçki sistemlərinin adi vəziyyətində yerlər hər bir partiyanın aldığı səs payına proporsional olaraq bölünür.